Oktyabrın 6-da Əhmədov qardaşlarına bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini A.Bağırov tutulmuşdur
06.10.2011Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Yalçın Əhmədova, onun qardaşları Şahinə və Tapdıqa bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Gəncə şəhər sakini Asəf Bağırov tutulmuşdur. Araşdırmalar zamanı hadisə baş verərkən Şahinin tüfənglə A.Bağırovun istiqamətində atəş açması müəyyən edilmiş və onun evinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olmayan nömrəsi silinmiş ov tüfəngi aşkar edilərək götürülmüşdür.