Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
02.10.2011Oktyabrın 3-də saat 16.15 radələrində Kürdəmir rayonunun Qarabucaq qəsəbəsi ərazisində Yevlax rayon sakini Azər Baxşəliyevin idarə etdiyi "VAZ-21074" markalı və Sabirabad rayon sakini İlqar Bağırovun idarə etdiyi "VAZ-21214" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Bağırov hadisə yerində ölmüş, xəsarət almış A.Baxşəliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti orta-ağırdır.