Oğurluq etməkdə şübhəli bilinən Bərdə rayon sakini Ramin Abbasov və Bakı şəhər sakini Tariyel Quliyevdən narkotik vasitə götürülmüşdür
02.10.2011Yasamal RPİ 26-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Yasamal rayonu ərazisində Bakı şəhər sakini Natiq Məmmədova məxsus mağazadan 300 manat pul oğurlamış Bərdə rayon sakini Ramin Abbasov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tariyel Quliyev tutulmuşlar. R.Abbasovdan 0,312 qram, T.Quliyevdən isə 0,398 qram heroin götürülmüşdür. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 2-də şəhər sakini Aygün Baməzərə məxsus mağazadan 2 ədəd mobil telefon oğurlamaları da müəyyən edilmişdir.