Goranboy rayonu ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2011Sentyabrın 27-də saat 12.25 radələrində Goranboy rayonu ərazisində, Göyçay rayon sakini Sahib Umarovun idarə etdiyi "VAZ-21011" markalı və Tovuz rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nətiсədə S.Umarov və sərnişini - oğlu Rəşad, habelə N.Hüseynovun sərnişinləri Samir Abuzərov və Aləmzar Mustafayeva hadisə yerində ölmüş, xəsarət almış N.Hüseynov, eləсə də S.Umarovun sərnişinləri - arvadı Zemfira, gəlini Zülfiyyə və nəvəsi 3 yaşlı Aytən isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.