Kürdəmir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
26.09.2011Sentyabrın 13-də saat 13.00 radələrində Kürdəmir şəhəri ərazisində, şəhər sakini Amid Həsənov "VAZ-21063" markalı avtomaşını idarə edərkən Mollakənd kənd sakini İmran İsmayılovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.İsmayılov sentyabrın 20-də orada ölmüşdür.