Şəmkir rayon şəhər sakini Elpərəst Məmmədova xəsarət yetirmiş şəxs tutulmuşdur
25.09.2011Sentyabrın 25-də Şəmkir rayonu ərazisində, 2 naməlum şəxs, şəhər sakini Elpərəst Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşına sərnişin qismində oturub Şiştəpə kəndinə gedəсəklərini bildirmişlər. Şiştəpə kəndi ərazisində, onlardan biri E.Məmmədova baş nihiyəsindən daş parçası ilə xəsarət yetirib, mobil telefonunu ondan almışdır. Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şişitəpə kənd sakini Zaur Bayramalıyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onun sentyabrın 25-də Şiştəpə kəndi ərazisində, kənd sakini Turaс İbrahimovu xuliqanlıq zəminində döyməsi də müəyyən edilmişdir.