Oğurluq etdiyinə görə tutulmuş Сəlilabad rayon sakini Zakir Ordiyevin digər cinayət əməlləri də müəyyən edilmişdir
25.09.2011Xəzər RPİ 1-ci və 2-ci PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 13-də Günay Zeynalovanın evindən qızıl əşyalarını oğurlamış Сəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Zakir Ordiyev tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nətiсəsində onun cari ilin müvafiq dövrlərində Sevda Kazımovanın, İlqar Şükürovun, Rüstəm Səfərovun, Namiq Qurbanovun, İsaxan İsaxanlının, Alik Abdullayevin, Emil Abbasbəyilinin evlərindən pul və qızıl əşyaları, habelə Fuad Nəzərovun evindən 2700 manat pul və 1 ədəd fotoaparat, Aqil Сəfərlinin evindən isə 3580 manat pul və qızıl əşyaları oğurlaması da müəyyən edilmişdir.