Qızı Əfsanəni qətlə və daha 6 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov tutulmuşdur
15.09.2011Sentyabrın 17-də Cəlilabad rayonunun Alar kənd sakini Qabil Nəsirov həmin kənddə yaşayan, qızı Əfsanənin evində olarkən ailə-məişət münaqişəsi zəminində ona, əri Rəhim Nağıyevə, qohumları Qəribəli Əzimova, Gülnar Əzimovaya, Elmira Süleymanovaya, Mahir Nağıyevə və onun oğlu Kənana bıçaqla xəsarət yetirmişdir. Əfsanə aldığı xəsaərtdən hadisə yerində ölmüş, digərləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Nəsirov tutulmuşdur.