Bərdə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
15.09.2011Sentyabrın 16-da saat 16.00 radələrində Bərdə şəhəri ərazisində, şəhər sakini Süleymanov Müşfiqin idarə etdiyi "VAZ-2107" markalı və Alaçadırlı kənd sakini İlqar Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə M.Süleymanovun sərnişini Xəqani Əzizov hadisə yerində ölmüş, xəsarət almış İ.Məmmədov və sərnişinləri Nemət Əzizov və Nazil Əzizova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.