Suraxanı rayonu ərazisində Bakı şəhər sakini A.Orucov idarə etdiyi "VAZ-2107" markalı avtomaşını yolun kənarında dayanmış "Tatra" markalı avtomaşına vurmuşdur
25.08.2011Avqustun 26-da saat 20.30 radələrində Suraxanı rayonu ərazisində, Bakı şəhər sakini Alik Orucov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Abşeron rayon sakini Samir Səmədovun idarə etdiyi "Tatra" markalı avtomaşına vurmuşdur. Nəticədə A.Orucovun sərnişini Tural Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü və digər sərnişini Məcnun Allahverdiyev isə xəstəxanaya yerləşdirilmişlər. A.Orucov orada ölmüş, M.Allahverdiyevin vəziyyəti isə orta-ağırdır.