Oğurluq etdiklərinə görə tutulmuş bir qrup Saatlı rayon sakininin mal-qara oğurluqları da törətmələri müəyyən edilmişdir
25.08.2011Oğurluq etdiklərinə görə avqustun 23-də Saatlı RPŞ əməkdaşları tərəfindən tutulmuş Elçin Aslanovun, Rəvan Şükürovun onun qardaşı Elnurun və Cavid Zamanovun ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 25-də Namiq Məmmədova, İsmayıl Şahbazova və Zülfəli Ağayevə məxsus 1 baş inək və 4 baş qoyunu oğurlamaları da müəyyən edilmişdir.