Göygöl şəhərində yol-nəqliyyat hadisəsi
17.08.2011Avqustun 18-də saat 03.00 radələrində Göygöl şəhərində, Gəncə şəhər sakini Anar Qafarov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun əks istiqamətinə aşırmış, bu zaman həmin istiqamətdə hərəkətdə olan "VAZ-2104" markalı avtomaşının sürücüsü Gəncə şəhər sakini Kəyan Əsgərov idarəetməni itirərək, avtomaşınını yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə A.Qafarovun sərnişini Xəyal Əmirxanov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri Günel Əhmədova, Əli Qoşqarov, habelə K.Əsgərov və sərnişini Pərvanə Əliyeva xəstəxanaya yerləşdirilmişlər.