Avqustun 17-də Slovakiya vətəndaşı V.Klimentovaya məxsus çantanı oğurlamış Köhnə Corat qəsəbə sakini T.Şahbazov tutulmuşdur
17.08.2011Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Slovakiya vətəndaşı Klimentova Viera Miraslavovnaya məxsus içərisində 20 manat, mobil telefon, açarlar və şəxsi sənədlər olan çantanı oğurlamış Köhnə Corat qəsəbə sakini Tahir Şahbazov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun avqustun 17-də Mahir Abdullayevlə birgə Sevinc Kazımovaya məxsus içərisində 2000 manat, 2500 dollar dəyərində qızıl boyunbağı və 2 ədəd mobil telefon olan çantanı oğurlamaları da müəyyən edilmişdir.