Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Lerik rayonu ərazisində qızıl mağazasının sahibi olan N.Hüseynovu silahla hədələyərək qızıl əşyaları, pul və mobil telefonunu ondan alıb hadisə yerindən qaçmış bir qrup Bakı şəhər sakini tutulmuşdur

03.08.2011

Avqustun 4-də saat 17.00 radələrində Lerik rayonunun Xəlifəküçə kəndi ərazisində, "VAZ-2106" markalı avtomaşında olan 3 naməlum şəxs, Lerik şəhərindəki qızıl mağazasının sahibi Məhləband kənd sakini Nazim Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşını saxlayıb, tapança və bıçaqla onu hədələyərək, avtomaşındakı 10.000 manat dəyərində qızıl əşyalarını, 600 manatını və mobil telefonunu ondan alıb, hadisə yerindən getdikdən sonra Lənkəran-Lerik yolunun 25-ci km-də avtomaşınlarını maneəyə vurduqlarından, düşərək getmişlər. Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Orxan Qasımov, Amil Quliyev və Asim Cəfərov tutulmuş, onlardan silah qisimində istifadə etdikləri bıçaq və oyuncaq tapança götürülmüşdür.