Şəmkir rayonu ərazisində rayon sakini Ş.Cəfərova məxsus mağazadan oğurluq etmiş Ə.Məmmədov tutulmuşdur
03.08.2011Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 3-də rayonun Günəşli kəndi ərazisində, kənd sakini Şam Cəfərova məxsus mağazadan açıq qalmış qapıdan girmək yolu ilə 283 manat və danışıq kartlarını oğurlamış Dağ Cəyir kənd sakini Əli Məmmədov tutulmuşdur.