Sabunçu rayonu ərazisində A.Paşayevi döyərək avtomaşınını əlindən almış A.Əliyev tutulmuşdur
02.08.2011Avqustun 2-də saat 23.30 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində, şəhər sakini Abbasqulu Paşayevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşında sərnişin qismində gedən sərxoş halda olan, tanışı Arzu Əliyev onu döyərək avtomaşını əlindən almış və rayon ərazisində idarə edərkən onu maneəyə vurmuşdur. A.Əliyev Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən tutulmuşdur.