Bakı şəhər sakini F.Verdizadə qaçırıldığına görə axtarılan avtomobili idarə edərkən saxlanılmışdır
02.08.2011Qaçırıldığına görə axtarılan "Ford" markalı avtomobilin Xətai rayonu Nobel prospekti ilə hərəkət etməsi avqustun 3-də saat 9.00 radələrində DİN-in ərazisində - Təhlükəsiz Şəhər kameraları ilə müəyyən edilmişdir. Dərhal həyata keçirilən tədbirlər nəticəsində "Ford" saxlanılmış və onu idarə edən Bakı şəhər sakini Fuad Verdizadə Xətai RPİ 36-cı PB-yə təhvil verilmişdir.