Xaşmaz rayonu ərazisində Quba rayon sakini C.Xudaverdiyevin qətlə yetirilmiş meyiti tapılmışdır
01.08.2011Avqustun 2-də Quba rayonunun Xucbala kənd sakini Rəşid Xudaverdiyev Xaşmaz RPŞ-nə müraciət edərək bildirmişdir ki, cari il iyulun 30-da saat 08.00 radələrində, oğlu Cümşüd "Hyundai Santa Fe" markalı avtomaşınında evdən çıxmış və geri qayıtmamışdır. Avqustun 2-də saat 20.40 radələrində Nabran kəndindən Tel kəndinə gedən yolun kənarında C.Xudaverdiyevin bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq, əməliyyat-axtarış tədbirləri RPŞ tərəfindən aparılır.