Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sürücü U.Kərimova qarşı fiziki güc tətbiq edərək pulunu və avtomaşınını ondan almış Biləcəri qəsəbə sakini C.Məmmədov tutulmuşdur

01.08.2011

Avqustun 2-də saat 01.00 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində naməlum şəxs, Sumqayıt şəhər sakini Uğur Kərimovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəyini bildirmişdir. Xırdalan dairəsində həmin şəxs U.Kərimovu əli ilə vurub, 250 manatını və avtomaşınını ondan almışdır. Avtomaşın həmin gün saat 06.30 radələrində Binəqədi şosesində saz vəziyyətdə tapılmışdır. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Biləcəri qəsəbə sakini Cavid Məmmədov tutulmuşdur.

01.08.2011 tarixinə olan kriminal məlumatlar