Saatlı rayon sakini Ə.Cəfərovun evinə baxış zamanı 6 kq-dan artıq marixuana və çətənə kolları aşkar edilərək götürülmüşdür
30.07.2011DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayonunun Şirinbəy kənd sakini, əvvəllər məhkum olunmuş Ələddin Cəfərovun evinə baxış zamanı 6 kiloqram 70 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 580 qram olan 2 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.