İyulun 25-də Astara rayon sakini İ.Məmmədovaya məxsus mağazadan oğurluqda şübhəli bilinən A.Bədəlov tutulmuşdur
30.07.2011Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 25-də İradə Məmmədovaya məxsus mağazadan ərzaq məhsullarını və 650 manat dəyərində danışıq kartlarını oğurlamaqda şübhəli bilinən Şahağacı kənd sakini, əvvəllər məhkum olunmuş Ağadadaş Bədəlov tutulmuşdur.