Siyəzən rayonu ərazisində üç avtomaşın toqquşmuşdur
28.07.2011İyulun 29-da saat 13.00 radələrində Siyəzən rayonu ərazisində rayon sakini Sücayət Qasımovun idarə etdiyi "KrAZ-65055-02" markalı, Qax rayon sakini Rizvan Rizvanovun idarə etdiyi "Mercedes" markalı və Şabran rayon sakini Namiq Şahverdiyevin idarə etdiyi "KamAZ-5511" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Qasımov aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış R.Rizvanov isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.