Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakinləri O.Yaqubova və F.Əliyevə məxsus avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən şəxslər tutulmuşlar

28.07.2011

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Orxan Yaqubova və Firəddin Əliyevə məxsus "VAZ-21074" markalı avtomaşınlardan oğurluq etməkdə şübhəli bilinən şəhər sakini Vüsal Səfərov, Göygöl rayon sakinləri  Vüsal Fərzəliyev və Emin Məmmədov tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, iyul ayının 18-i və 19-da Yeni Gəncə qəsəbəsi ərazisində şəhər sakinləri Coşqun Yaqubova məxsus "VAZ-2107" markalı avtomaşından 1 ədəd ehtiyat təkəri, Tural Məmmədova məxsus "VAZ-2107" markalı avtomaşından isə maqnitofonunu, yaddaş kartını, 2 ədəd qol saatını və digər əşyaları oğurlamaları da müəyyən edilmişdir.

28.07.2011 tarixinə olan kriminal məlumatlar