İyulun 8-də "Azərcell" MMC-nin iki işçisinə qarşı quldurluq etməkdə şübhəli bilinən şəxslərdən biri tutulmuş, digər ikisi müəyyən edilmişdir
24.07.2011Nərimano RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də "Azərcell" MMC-nin işçiləri Namiq Hüseynova bıçaqla xəsarət yetirməkdə, Bayram Bayramovun sifətinə isə gözyaşardıcı qaz püskürdərək 34.000 manatı onlardan almaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Məmmədov tutulmuş, Gəncə şəhər sakini Aslan Mahmudov və Göygöl rayon sakini Uğrun Məmmədov isə müəyyən edilmişlər.