Göygöl rayonu ərazində yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir
24.07.2011DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Göygöl RPŞ əməkdaşları Hacıməlik qəsəbəsi ərazisindən yabanı halda bitmiş çəkisi 2 ton 828 kiloqram olan 2357 ədəd, Balçılı kəndi ərazisindən yabanı halda bitmiş çəkisi 1 ton 580 kiloqram olan 1465 ədəd, Nizami RPİ (Gəncə) əməkdaşları Gəncə çayının sahilindən yabanı halda bitmiş çəkisi 1 ton 680 kiloqram olan 1466 ədəd çətənə kollarını yığaraq məhv etmişlər.