Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

FHN-nin "112" xidmətinə zəng edərək yalan məlumat verənin şəxsiyyəti müəyyən edilmişdir

18.07.2011

İyulun 19-da saat 12.19 radələrində naməlum şəxs FHN-nin "112" xidmətinə zəng edərək əvvəlcə "Toyota" markalı avtomaşının içərisində mina olması, sonra isə Bakı Dəmir Yolu Sərnişin Vağzalına bomba qoyulması barədə məlumat vermişdir.  
Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülmüş, dərhal əməliyyat tədbirləri həyata keçirilmiş, lakin məlumat təsdiqini tapmamışdır.  
DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hıəyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində zəng edilən telefon nömrəsinin Qaradağ rayonu ərazisində yaşayan Laçın rayon sakini Seymur Kəlbalıyevə məxsus olması, yalan məlumatın isə onun qohumu, Pirallahı qəsəbə sakini 18 yaşlı Ağalar Heydərov tərəfindən verilməsi müəyyən edilmişdir.
A.Heydərov saxlanılmışdır. Araşdırma aparılır.

18.07.2011 tarixinə olan kriminal məlumatlar