Xətai rayonu Nobel prospektində "Toyota-Camry" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur
18.07.2011İyulun 19-da saat 18.10 radələrində Xətai rayonu Nobel prospektində Bakı şəhər sakinləri Zahid Kazımovun idarə etdiyi "Toyota-Camry" markalı və Tural Xasıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Z.Kazımovun sərnişini, Bakı şəhər sakini Georgiy Mikeladze hadisə yerində ölmüş, T.Xasıyevin xəsarət almış sərnişinləri Mahirə Paşayeva və Yeganə Xasıyeva isə xəstəxanaya yerləşdirilmişlər.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Xətai RPİ tərəfindən araşdırma aparılır.