Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Murad Quliyev, Kamran Əhmədov, Çingiz Ağazadə və Rəşad Cəlilov saxlanılmışlar

16.07.2011

İyulun 16-na keçən gecə Sabunçu rayonu ərazisindən Bakı şəhər sakini Vasif Məmmədova məxsus "VAZ-2106" markalı, Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomaşınlar qaçırılmışdır.
Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Məmmədova məxsus "VAZ-2106" markalı avtomaşın Sabunçu rayonu N.İsmyılov küçəsində arxası əzilmiş, Məhərrəm Abbasova məxsus "VAZ-21011" markalı avtomaşın isə Hacınski küçəsində tapılmışdır.
Həyata keçirilmiş tədbirlər nəticəsində qeyd edilən nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Murad Quliyev, Kamran Əhmədov, Çingiz Ağazadə və Rəşad Cəlilov saxlanılmışlar.
M.Quliyevin və R.Cəlilovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların iyulun 17-də Hatəm Şirəliyevə məxsus "VAZ-2106" markalı avtomışını da qaçırmaları müəyyən edilmişdir.

16.07.2011 tarixinə olan kriminal məlumatlar