Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində yol-nəqliyyat hadisəsi
16.07.2011İyulun 17-də saat 07.30 radələrində Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində Beyləqan rayon sakini Əli Hüseynovun idarə etdiyi "Mercedes" markalı və Türkiyə vətəndaşı Əli Mehmetin idarə etdiyi "DAF" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ə.Hüseynovun sərnişini, həmyerlisi Asif Hüseynov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, həmyerliləri Xaləddin Hüseynov, Rəşad Hüseynov və Azər Hüseynov xəstəxanaya yerləşdirilmişlər.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.