Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xəzər rayonu Xaşaxuna bağlar yaşayış sahəsində yol-nəqliyyat hadisəsi

14.07.2011

İyulun 15-də saat 23.00 radələrində Xəzər rayonu Xaşaxuna bağlar yaşayış sahəsində Zirə qəsəbə sakini Elxan Əzimovun idarə etdiyi "VAZ-2106" markalı və "A.Trans Lizinq" şirkətinə məxsus, sürücüsü hadisə yerindən qaçmış "FAV" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Əzimov və sərnişinləri, Zirə qəsəbə sakinləri Yeganə Əzimova, Mübariz Qarayev və Təranə Qarayeva hadisə yerində ölmüş, xəsarət almış sərnişini Fərman Qarayev isə xəstəxanaya yerləşdirilmişdir.
Hadisə zamanı ölənlərin qohumları tərəfindən hər 2 avtomaşın yandırılmışdır.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.