Böyük Britaniya vətəndaşına qarşı soyğunçuluq edən şəxs yaxalanıb
14.07.20112011-ci il iyunun 30-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində - Nizami küçəsindəki yeraltı keçidin girişində naməlum şəxs Böyük Britaniya vətəndaşı Marqarit Hamiltonun içərisində 50 manatı, mobil telefonu və mənzilinin açarları olan çantasını əlindən alaraq qaçmışdır.
DİN-in Baş Cinayət-Axtarış İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən - əvvəllər dəfələrlə məhkum olunmuş Bakı şəhər sakini Mirbəhruz Kərimov iyulun 14-də müəyyən edilərək tutulmuşdur.