Cinayətkar dəstə ifşa edildi
14.07.20112011-ci il iyunun 17-dən 18-nə keçən gecə Xızı rayonunun ərazisindən keçən yüksək gərginlikli hava xəttindən 250 metr, iyunun 19-dan 20-nə keçən gecə isə 450 metr mis məftil naməlum şəxslər tərəfindən kəsilərək oğurlanmışdır.
Cinayətkarların müəyyən edilib tutulması istiqamətində Xızı RPŞ əməkdaşlarının iyunun 22-dən 23-nə keçən gecə saat 03.00 radələrində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hava xətlərindən oğurluq etmiş Altay Abdullayev, Şamo Bağırov, Sərxan Əliyev, Ramin Şirinov, Rufan Cabbarov və İlkin Babayev cinayət başında maddi sübutlarla birlikdə yaxalanmışlar.
Onların ətraflaında aparılan tədbirlər nəticəsində məlum olmuşdur ki, cinayətkar dəstə Xızı rayonundan başqa Abşeron, Qaradağ və Xəzər rayonlarının ərazilərindən də 10 fakt üzrə analoji cinayətlər törətmişlər.