"Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru Elnur Məmmədov 1000 manat rüşvət alarkən yaxalanmışdır
09.07.2011DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Baş Prokurorluğun yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində "Azərbaycan Gündəmi" qəzetinin baş redaktoru, Bakı şəhər sakini Elnur Məmmədov 1000 manat rüşvət alarkən yaxalanmışdır.