Göygöl rayonu ərazisində yol-nəqliyyat hadisəsi
09.07.2011İyulun 10-da saat 16.50 radələrində Göygöl rayonu ərazisində Beyləqan rayon sakini Abdulxan Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı və Bakı şəhər sakini Bəsti Atayevanın idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Abdullayev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Beyləqan rayon sakinləri Mürsəl Mehrəliyev və Diltus Rüstəmov, habelə B.Atayeva və onun sərnişini Səkinəbanu Atayeva isə xəstəxanaya yerləşdirilmişlər.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.