Aavtomaşın qaçırmış Kürdəmir rayon sakini Anar Həşimov və Gəncə şəhər sakini Roman Əhmədov avtomaşınla birgə saxlanılmışlar
05.07.2011İyulun 6-na keçən gecə Nəsimi rayonu 4-cü mikrorayon ərazisindən Bakı şəhər sakini Vəkil Azadəliyevə məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmışdır.
DİN Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 06.00 radələrində avtomaşını qaçırmış Kürdəmir rayon sakini Anar Həşimov və Gəncə şəhər sakini Roman Əhmədov avtomaşınla birgə M.Cəlal küçəsində saxlanılmışlar.