Bakıxanov küçəsində yol-nəqliyyat hadisəsi
05.07.2011İyulun 3-də Nəsimi rayonu Bakıxanov küçəsində Bakı şəhər sakini Rövşən Ağayevin idarə etdiyi "Hyundai Sonata" markalı və həmyerlisi Tələt Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Əliyev iyul ayının 6-da orada ölmüşdür.