Sürücü N.Bayramova bıçaqla xəsarət yetirib avtomaşınını ondan almış Balakən rayon sakinlər İ.Hüseynov və Ş.Motuxov tutulmuşlar
28.06.2011İyunun 28-də Balakən rayonu ərazisində, rayon sakinləri, sərxoş halda olan İlyas Hüseynov və Şirvan Motuxov, həmyerliləri Elsevər Nəbiyevə məxsus "VAZ-2106" markalı avtomaşına icazəsiz oturub sürərək getmiş və 30 dəqiqədən sonra onu sahibinə qaytarmışlar. Bundan sonra həmin gün İ.Hüseynov və Ş.Motuxov, Tülü kənd sakini Nurmahama Bayramovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub Hənifə kəndinə gedəcəklərini bildirmişlər. Hənifə kəndi ərazisində onlar sürücü N.Bayramova bıçaqla xəsarət yetirib avtomaşınını ondan almışlar. Balakən RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onlar tutulmuşlar.