FHN-nin "112" zəng xidmətinə yalan məlumatın 12 yaşlı Füzuli rayon sakini tərəfindən verilməsi müəyyən edilmişdir
28.06.2011İyunun 29-da saat 17.12-də naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" zəng xidmətinə zəng edərək Bakı şəhərinə bomba qoyulması barədə məlumat vermişdir. Müvafiq tədbirlər görülmüş, lakin məlumat təsdiqini tapmamışdır. Araşdırmalar zamanı yalan məlumatın Füzuli rayon sakini 12 yaşlı C.O. tərəfindən verilməsi müəyyən edilmişdir.