Sabunçu rayonu ərazisində Sumqayıt şəhər sakini F.Fətullayev avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur
26.06.2011Saat 08.30 radələrində Sabunçu rayonu ərazisində, Sumqayıt şəhər sakini Fuad Fətullayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sərnişin Zamiq Məcidov hadisə yerində ölmüş, sürücünün özü və digər sərnişinləri Xəyyam Bəxtiyarov və Elxan Qasımov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.