İyunun 6-da ABŞ və Böyük Britaniya vətəndaşlarını döymüş dəstənin digər iştirakçısı N.Hüseynov tutulmuşdur
26.06.2011DİN Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da ABŞ vətəndaşı Amanda Eriksonu və Böyük Britaniya vətəndaşı Selia Devisi xuliqanlıq zəminində döymüş dəstənin digər iştirakçısı Babək rayon sakini 1985-ci il təvəllüdlü Nazim Məhərrəm oğlu Hüseynov tutulmuşdur.