Gün ərzində 59 cinayət faktı qeydə alınmışdır
22.06.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 38-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 16 nəfər isə yaralanmışdır.
- 9 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 36 nəfər tutulmuşdur.