Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisəsi törətmiş şəhər sakinləri Ö.İsmayılov və E.Nəsrullayev saxlanılmışlar

22.06.2011

İyunun 11-i və 22-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakinləri Cavad Babayevə məxsus "VAZ-21074" markalı, Səyyaf Davudova məxsus "Ford Tranzit" markalı avtomaşınlardan şüşələrini sındırmaq yolu ilə maqnitofonları və yaddaş kartı, Vahid Əsgərov məxsus avtomobil təmiri sexindən, Şakir Qurbanova, Əliağa Qasımova məxsus həyətlərdən 3 ədəd qaynaq aparatı və mis naqillər oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ötərxan İsmayılov və Elvin Nəsrullayev saxlanılmışlar.

22.06.2011 tarixinə olan kriminal məlumatlar