Sumqayıt şəhəri ərazisində bir sıra oğurluq hadisəsi törətmiş şəhər sakinləri Ö.İsmayılov və E.Nəsrullayev saxlanılmışlar
22.06.2011İyunun 11-i və 22-də Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində, qəsəbə sakinləri Cavad Babayevə məxsus "VAZ-21074" markalı, Səyyaf Davudova məxsus "Ford Tranzit" markalı avtomaşınlardan şüşələrini sındırmaq yolu ilə maqnitofonları və yaddaş kartı, Vahid Əsgərov məxsus avtomobil təmiri sexindən, Şakir Qurbanova, Əliağa Qasımova məxsus həyətlərdən 3 ədəd qaynaq aparatı və mis naqillər oğurlanmışdır. Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ötərxan İsmayılov və Elvin Nəsrullayev saxlanılmışlar.