Avtomaşın qaçırmış Bakı şəhər sakini Rəşad Abdullayev tutulmuşdur
07.06.2011İyunun 8-də saat 17.30 radələrində Sabunçu rayonu ərazisində, şəhər sakini Rusif Qasımova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın həmin gün saat 18.20 radələrində Balaxanı qəsəbəsinin ərazisində tapılmış, avtomaşını qaçırmış şəhər sakini Rəşad Abdullayev tutulmuşdur.