Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi
07.06.2011Saat 02.50 radələrində Nərimanov rayonu ərazisində, Qazax rayon sakini Fərhad Abdullayev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış Lənkəran rayon sakini Arif İbadova məxsus "KamAZ" markalı avtomaşına vurmuşdur. Xəsarət almış F.Abdullayev və sərnişinləri İlkin Əliyev və Aşur Ramazanov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.