Sabunçu rayon sakini N.Abdullayevin evində partlayış baş vermişdir
06.06.2011Saat 07.05 radələrində Sabunçu rayonunun Böyükşor qəsəbə sakini Nofəl Abdullayevin evində təbii qaz sızmasından ani partlayış baş vermişdir. Nəticədə N.Abdullayevin xəsarət almış qonaqları Əli Xudaverdiyev, Ruslan Qəmbərov, Rəvan Qəmbərov və Nəriman Şahman xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır. Araşdırmalar aparılır.