H.Quliyevə və Ə.Şirinova məxsus avtomaşınlardan oğurluq etmiş bir qrup Bakı şəhər sakini tutulmuşdur
06.06.2011Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 6-da Həsən Quliyevə və Əfqan Şirinova məxsus avtomaşınlardan oğurluq etmiş Bakı şəhər sakinləri Samir Hüseynov, Rafiq Murtuzəliyev, İlqar Vəliyev və onun qardaşı Tural tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların müxtəlif vaxtlarda Rahib Abbasova, Fəxrəddin Məmmədrəhmanova, Bədir Əmoyevə, Tofiq Şərifova, Taleh Həmzəyevə və Malik Məmmədova məxsus avtomaşınlardan oğurluq etmələri də müyyən edilmişdir.