Xızı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
31.05.2011Saat 11.30 radələrində Xızı rayonu ərazisində, Sumqayıt şəhər sakini Gülağa Əliyev "Tatra" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə xəsarət almış G.Əliyev xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişinləri Xanzəli Zeynalov və qızı Gülnarə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.