Oğurluq etmiş Tovuz rayon sakini Orxan Hüseynov tutulmuşdur
31.05.2011Mayın 30-da Tovuz şəhərində, Hacallı kənd sakini Xəyal Aşurova məxsus "VAZ-2106" markalı avtomaşından akkumulyatoru sökülərək oğurlanmışdır. Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş rayon sakini, əvvəllər məhkum olunmuş Orxan Hüseynov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun mayın 30-da Telekommunikasiya Qovşağının həyətindən 100 metr uzunluğunda kabel oğurlaması da müəyyən edilmişdir.