Bakı şəhər sakini Ə.Rzayevi bıçaqla hədələyib pulunu almış Naxçıvan şəhər sakini M.Məmmədov tutulmuşdur
30.05.2011Mayın 20-də Biləcəri qəsəbəsi ərazisində, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş Müzəffər Məmmədov Bakı şəhər sakini Əsgər Rzayevi bıçaqla hədələyib ondan 200 manatını almışdır. Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov tutulmuşdur.